Bu gün Azərbaycanda vətəndaşlara saxta COVID passportu verən həkimlər də var – Prezidentin köməkçisi

Bu gün Azərbaycanda vətəndaşlara saxta COVID passportu verən həkimlər də var.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O qeyd edib ki, həmin şəxslər müəyyən edilərək cəzalandırılacaq: “Bu gün vaksin olunub, COVID-ə yoluxanlar istintaq əsasında məlum olur ki, onlar saxta pasport alıblar. Həmin şəxslər hazırda ağır reanimasiya vəziyyətindədir. Bu şəxslər hazırda məsuliyyətə cəlb edilir. İnsanlar nəinki öz həyatı ilə oynayır, həm də dövlətin siyasətinə xələl gətirirlər. Bütün müvafiq dövlət orqanları bununla mübarizəni davam edəcəkdir. Bir daha xəbərdarlıq edirik ki, saxta pasport verən müəssisələr məsuliyyətə cəlb ediləcəkdir”

Oxşar Xəbərlər