Bu gün Bakı AVRO-2020-nin oyununu qəbul edir

İyn12,2021

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ilk qarşılaşma baş tutacaq.

QİA.AZ-ın məlumatına görə, saat 17:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən İsveçrə və Uels milliləri üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu bugünkü oyunla yanaşı, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Oxşar Xəbərlər