Bu gün Bakının Nizami rayonunun bir hissəsində su olmayacaq

Fev18,2021

Bu gün gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC -dən “QİA.AZ”a verilən məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzadır. Qəza aradan qaldırılır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxşar Xəbərlər