Bu gün Ermənistan müxalifəti parlamentin binası qarşısında aksiya keçirəcək

Dek9,2020
Bu gün Ermənistan müxalifəti parlamentin binası qarşısında aksiya keçirəcək

Ermənistan müxalifəti bu gün ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası təşkil edəcək.

“QİA.AZ” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu üzrə Hərəkat”ın yaydığı bəyanatda deyilir.

“Əziz həmvətənlər, Ermənistan Respublikasının vətəndaşları bu gün (dünən-red) ölkənin bütün ərazisi üzrə vətəndaş itaətsizliyi aksiyaları keçirdik. Sabah (bu gün-red) eyni ruhda davam edirik. Eyni qətiyyətlə. Saat 16:00-da Ermənistan Milli Məclisinin binası qarşısında görüşürük və xalqın iradəsini hakim rejimə qarşı tətbiq edirik. Vətənimizi birlikdə xilas edəcəyik!”, – deyə müxalifətin yaydığı bəyanatda qeyd edilib.

Oxşar Xəbərlər