Bu gün Xətai Sənət Mərkəzində mərhum jurnalist rəssam Taleh Cavanşir oğlunun rəsmlərindən ibarət sərgisi və anım günü keçiriləcək.
“QİA.AZ” xəbər verir ki, mərhumun anası tanınmış həkim, AYB-nin fəal üzvü, AJB-nin üzvü, prezident təqaüdçüsü, Qafqaz Media İctimai Birliyin sədri, şair publisist Hacı Azadə Taleh Abbasqızından aldığı məlumata görə, Mərhum jurnalist rəssam Taleh Cavanşir oğlunun rəsmlərindən ibarət sərgisi və anım tədbiri 09.07.2021-ci il saat 15:00 da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Sərgiyə giriş sərbəstdir.
Qeyd edək ki, Mərhum Taleh Cavanşir oğlu 16.10.1988-ci ildə Bakıda anadan olmuşdur. Gəncə Özəl Liseyində, Gəncə rəssamlıq məktəbində, Ankara Universitetinin Hüquq fakultəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakultəsinin Beynəlxalq əlaqələr şöbəsində təhsil almışdır. Hərbi xidmətini Culfa və Ordubadda olub. Ailəli idi. 4 yaşlı qızı Zenfira Taleh qızı atasız böyüyür.
Həvəskar rəssam idi. İlk fərdi sərgisi 11 yaşında Azərbaycanda, Gürcüstanda, Almaniyada və doğma Gəncədə keçirilib.
Qafqaz Media İctimai Birliyinin Gənclər Şöbəsinin müdiri idi. 2008-2010-cu illərdə Cənab prezident İlham Əliyevin QHT-lərə ayırdığı Qrant layihələrdə mühasib kimi də çalışmışdır.
19.07.2020-ci il 31 yaşında qəfil ürək tutmasından dünyasını dəyişmişdir.
Ünvan: Xətai Sənət Mərkəzi (Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 62)