Bu gün Moskvada Qarabağla bağlı razılaşmaların icrası müzakirə ediləcək

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

Danışıqların gündəliyində Qarabağdakı mövcud vəziyyətin əsas olacağı gözlənilir:

“Görüşün əsas mövzularından biri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 Noyabr 2020 və 11 Yanvar 2021 -ci il tarixli razılaşmalarının icrası ilə əlaqədar bütün məsələlərə baxılması olacaq. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması prosesi nəzərdən keçiriləcək”.

Oxşar Xəbərlər