Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Apr23,2024

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada cari mövsümün son oyunu keçiriləcək.

QİA.az xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Bakı İdman Sarayında baş tutacaq görüş saat 16:00-da start götürəcək.

“Azərreyl” yarımfinalda “Gəncə”ni, “Abşeron” isə “Murov Az Terminal”ı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.

Oxşar Xəbərlər