Bu gündən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılır

Apr24,2021

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 23-də respublikanın 16 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

DİM-dən QİA.AZ-a bildirilib ki, aprelin 24-dən etibarən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılır.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Oxşar Xəbərlər