Bu halda Rusiya hərbi bazaları aktivləşdiriləcək – Şoyqu

Avq6,2021

Axar.azAZRUENآذ

Bu halda Rusiya hərbi bazaları aktivləşdiriləcək – Şoyqu

12 Punto
14 Punto
16 Punto
18 Punto

Əfqanıstandan birbaşa hücum olarsa, Rusiyanın Tacikistan və Qırğızıstandakı hərbi bazaları aktivləşdiriləcək. Ümid edirik ki, Talibanla mövcud razılaşmalar yerinə yetiriləcək. Ancaq keçmiş təcrübəyə əsasən buna inanmaq çətindir. Bu məqamda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərimizə bacardığımız qədər dəstək olmalı və kömək etməliyik.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.

“Tacikistandakı bazamız kifayət qədər güclüdür və əlbəttə ki, birbaşa hücum olduğu təqdirdə KTMT sərhədlərini qorumaq üçün aktivləşdiriləcək. Eyni şey Qırğızıstandakı bazamıza da aiddir. Belə bir ehtiyac ola bilər”, – Şoyqu qeyd edib.

Oxşar Xəbərlər