Bu il Azərbaycan Ukraynaya 216 milyon dollarlıq neft ixrac edib

Noy11,2020
Bu il Azərbaycan Ukraynaya 216 milyon dollarlıq neft ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Ukraynaya 216,2 milyon ABŞ dolları dəyərində xam neft ixrac edib.

“QİA.AZ” “İnterfax-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin hesabatında bildirilir.

Məlumata görə, 10 ay ərzində Azərbaycan Ukraynanın xam neft idxalına çəkdiyi xərcdə 62,7% paya malik olub. Hesabat dövründə qarşı tərəfin xam neft idxalının ümumi dəyəri 344,85 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 9,3% çoxdur.

Son 1 ildə Ukrayna xam neft idxalının həcmini isə 1,7 dəfə artırıb və 1,05 milyon tona çatdırıb.

Yanvar-oktyabrda Ukrayna həmçinin ABŞ-dan 83,05 milyon dollar, Liviyadan 45,6 milyon dollar, digər ölkələrdən isə 0,1 milyon dollar dəyərində xam neft idxal edib.

10 ay ərzində Ukraynadan xam neft ixracı həyata keçirilməyib.

Oxşar Xəbərlər