Bu ilin yanvar-mart aylarında Azərbaycanda 10,4 milyard kubmetr qaz hasil edilib.
Bu barədə “QİA.az” Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 5,1 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 1,9 milyard kubmetr qaz hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 4 %, yəni 407 milyon kubmetr artımla qaz hasil edilib.