Bu il Azərbaycanda qaz hasilatı 5 %-dək artıb

Bu ilin yanvar-noyabr ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən 4,7 %, yəni 1,5 mlrd kubmetr artımla 33,7 mlrd kubmetr qaz hasil edilib.

Bu barədə “QİA.AZ” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qaz hasilatının 10,7 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 16,3 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 6,7 mlrd kubmetr qaz hasil olunub.

Oxşar Xəbərlər