“Bu ilin sonuna qədər “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq”.
“QİA.az” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.
“Bu işin ötən il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu, lakin pandemiyaya görə yubandı. Bu il prosesi yekunlaşdırmağa çalışırıq”, – deyə o, qeyd edib.