Bu il “Mişovdag” və “Kəlaməddin” yataqlarında hasilat artacaq

2021-ci ildə “Mişovdag” və “Kəlaməddin” yataqlarından 0,64 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“QİA.AZ” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə yataqdan 0,63 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 1,6 % azdır.

2019-cu ildə isə bu göstərici 0,7 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 8,6 % çoxdur.

Qeyd edək ki, “Mişovdağ” yatağı Bakı şəhərindən 80 km cənub-qərb istiqamətdə yerləşir. 1956-ci ildən işlənməyə daxil edilib. Yataqda 754 quyu qazılıb.

“Kəlaməddin” yatağı isə Hacıqabul stansiyasının şimal-qərbində, Kəlaməddin silsiləsinin mərkəzi hissəsində yerləşir. Yataq 1978-ci ildə kəşf edilib, 1980-ci ildə işlənməyə verilib. “Kəlaməddin” yatağında ümumilikdə 151 quyu qazılıb.

Oxşar Xəbərlər