Cari ilin yeddi ayı ərzində 3252 layihənin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 119 milyon manat güzəştli kredit verilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan verilən məlumatda bildirilir.
Qeyd edilib ki, verilmiş kreditlər hesabına 1764 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, bu ilin ilk altı ayı ərzində sahibkarların 2744 layihəsinə Sahibkarlığın İnkişafı Fondu 102,7 milyon manat güzəştli kredit verib.