Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəməri ilə 413,66 min ton xam neft ixrac edib.
“QİA.az”ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer Mərkəzinin məlumatında deyilir.
Bildirilir ki, SOCAR Azərbaycandan Rusiyanın “Transneft” şirkətinin sistemi üzrə bu ilin 5 ayı ərzində Novorossiysk limanına 413,66 min ton neft nəql edib. Bu, 2020-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 14 dəfə çoxdur.
Məlumata görə, təkcə may ayında bu kəmər ilə 159,89 min ton Azərbaycan nefti nəql edilib.
Qeyd edək ki, SOCAR və “Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon ton neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2020-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 613,29 min ton neft nəql edib.