Bu ilin yanvar-may aylarında Azərbaycana 41,330 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
“QİA.AZ“ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,887 milyon ABŞ dolları və yaxud 27,39 % çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,94 %-ni təşkil edib.
Bu ilin ilk 5 ayı ərzində Azərbaycandan 2,774 milyon ABŞ dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,627 milyon ABŞ dolları və yaxud 48,64 % azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,04 %-nə bərabər olub.