Bu sənəddən imtina etmək üçün bizə heç bir yol qalmayıb. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik.
QİA.AZ-ın məlumatina görə, bunu Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu ortaq bir bəyanatdır, razılaşma və ya müqavilə deyil:
“İmzalamasa idim, Xankəndi ələ keçiriləcəkdi və 20-30 min hərbçimiz mühasirəyə alınacaqdı. Qərarı bir neçə saat ərzində verməli idim. Bununla Xankəndi ətrafındakı hərbçilərimizi qorumuş oldum. Bu sənəd müharibəni bitirmək üçün bir sənəddir”.