Büdcə layihəsinə dəyişikliklər edilə bilər – Samir Şərifov

Noy11,2021

Nazirlər Kabineti tərəfindən “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” artıq hazırlanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zamanı deyib.

“Sənədin böyük əhəmiyyətini nəzərə alaraq gözlənilir ki, cənab Prezident İlham Əliyev tərəfindən bu sənədə baxıldıqdan sonra 2022-ci ilin dövlət büdcəsi layihəsinə dəyişikliklər edilə bilər”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Oxşar Xəbərlər