“Huawei” şirkəti bükülən ekrana malik ən modern “Mate X2” smartfonunu təqdim edib.
QİA.AZ xəbər verir ki, ən ucuz variantı 17.999 yuandan (2 800 ABŞ dollarına yaxın) təqdim olunmuş yeni smartfonun üz ekranı 6,45 düyüm, içəri ekranı 8,01 düyümlükdür.
“Kirin 9000” prosesoru əsasında çalışan smartfon “dual-SİM” sistemlidir və 55 vT sürətli doldurma təmin edən 4 500 mAh-lıq batareya ilə təchiz olunub.
Həmçinin “Mate X2” 50 Mp-lik “Leica” kamerası ilə, 2,5 sm-lik fokuslu 16 MP-lik kamera ilə də təchiz edilib.
Yeni smartfon fevralın 25-dən 256 GB-lıq ROM versiyası 17.999 yuandan, 512 GB-lıq versiyası isə 18.999 yuandan (2 950 ABŞ dolları) satışa çıxarılacaq.