Buraxılış imtahanlarının nəticələrinin təhlilinə başlanılıb

“Məktəblərdə keçirilən illik qiymətləndirmələr tamamlanır və statistik təhlilləri aparılır. Ona görə də yekun nəticələr barədə dəqiq məlumat hələ yoxdur”.

“QİA.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının da nəticələri təhlil edilməyə başlayıb və proses hələ tamamlanmayıb: “Ümumilikdə isə bir çox məktəblərdə vəziyyət qənaətbəxşdir”.

Oxşar Xəbərlər