Buraxılış imtahanlarının vaxtı açıqlanıb – QRAFİK

Mar15,2021
Abituriyentlərin nəzərinə!

İmtahan iştirakçılarından gələcəkdə mövcud olacaq sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qrafikin dəyişdirilmə ehtimalını nəzərə almağı xahiş edirik

DİM-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci ildə keçiriləcək imtahanların siyahısı haqqında yanvar ayının sonlarında məlumat verilmişdi. Həmin vaxt fevral və mart aylarında keçiriləcək imtahanların qrafiki, aprel-sentyabrda keçirilməsi nəzərdə tutulan imtahanların isə aylar üzrə ardıcıllığı müəyyən olunmuşdu.

Müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur. İmtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə verilib.

Qeyd edək ki, bütün imtahanlar yenə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunacaq.

Kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə ötən il olduğu kimi, bu il də imtahanlar ölkə üzrə müxtəlif şəhər və rayonlara bölünməklə 3 həftə ərzində (hər həftədə 2 gün) keçiriləcək.

Buraxılış imtahanlarından əlavə, aprel ayının 2-də GRE, 3-də notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı, 11-də isə inzibati icraçı vəzifələr (B növ) üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.  

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının I mərhələsinin vaxtı barədə mart ayının sonlarında məlumat veriləcək.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki (cari ilin məzunları)

15 aprel16 aprel22 aprel23 aprel29 aprel30 aprel
Gəncə-Kəpəz Qazax Qax Lənkəran Ağdam Tərtər İsmayıllı Şirvan Siyəzən Xızı HacıqabulNizami Suraxanı Binəqədi Səbail Sumqayıt Gəncə-Nizami Ağstafa Oğuz Astara Ağcabədi Şamaxı SaatlıGoranboy Naftalan Zaqatala Cəlilabad Beyləqan Ağdaş Ucar Salyan Xaçmaz QobustanXəzər Qaradağ Yasamal Nərimanov Abşeron Mingəçevir Balakən Masallı Füzuli Ağsu Zərdab Neftçala QubaNaxçıvan Göygöl Şəmkir Şəki Lerik Bərdə Göyçay Sabirabad Qusar Ölkə üzrə tədrisi ingilis, fransız dilində olan məktəblər Bakıxüsusi məktəblər ÇilovXətai Sabunçu Nəsimi Pirallahı Samux Daşkəsən Tovuz Gədəbəy Qəbələ Yardımlı Yevlax Kürdəmir İmişli Şabran Biləsuvar

–  Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

– Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

QİA.AZ

Oxşar Xəbərlər