Buşehr AES fəaliyyətini bərpa edir

İyl3,2021

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) bu gün fəaliyyətini bərpa edəcək.

QİA.AZ-ın məlumatına görə, bunu İranın Energetika Nazirliyinin sözçüsü Mustafa Rəcəbi Məşhədi IRNA-ya açıqlamasında deyib.

M.Rəcəbi Məşhədinin sözlərinə görə, Buşehr AES də digər elektrik stansiyaları kimi, bir müddət fəaliyyətdən sonra təmir olunmalı və texniki problemləri aradan qaldırılmalı idi. Bu məqsədlə atom elektrik stansiyası təxminən 11 gün fəaliyyətini dayandırdı.

O əlavə edib ki, yaxın günlər ərzində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar proqnozları nəzərə aldıqda Buşehr AES təxminən min meqavat saat elektrik istehsalı ilə İranın elektrik təsərrüfatına köməklik göstərəcək.

Oxşar Xəbərlər