Bütün sərvətini 61 illik həyat yoldaşına vəsiyyət edib

“Harry Potter” filminin Albus Dambldor-i Maykl Qembonun vəsiyyəti açıqlanıb.

QİA.az xarici KİV-ə istinadla xəbər verir ki, ötən il vəfat edən Mayklın bütün sərvətini həyat yoldaşı Anna Qembona vəsiyyət etdiyi açıqlanıb.

O Anna ilə 61 il idi evli idi. 82 yaşında vəfat edən Mayklın vəsiyyəti “Daily Mail” nəşrində dərc edilib.

Orada həmçinin qeyd edilib ki, Qembo uzun müddətdir münasibətdə olduğu sevgilisi Filipa Harta isə heç nə vəsiyyət etməyib.

Aktyor Filipa ilə 2000-ci ildə “Longitude”in çəkilişləri zamanı tanış olub. Bu münasibətdən onların 17 yaşlı oğlu Tom və 15 yaşlı Uilyam adlı iki övladı doğulub. Maykl həyatının son 20 ilini sevgilisi və həyat yoldaşı arasında paylaşıb.

Oxşar Xəbərlər