Cəlilabadda avtomobilin aşaraq su kanalına düşməsi nəticəsində…

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Üçtəpə-Təzəkənd kənd yolunda qeydə alınıb.

Belə ki, “Prado” markalı minik avtomobilinin sürücüsü sərt döngədə nəqliyyat vasitəsinə idaretməni itirib. Nəticədə avtomobil su kanalına düşüb.

İlkin məlumata görə, qəza nəticəsində Salyan rayon sakini olduğu bildirilən sürücü xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər