Cəlilabad rayonunda təkrar əkilən qarğıdalı sahələri bu il xeyli artırılıb.
QİA.az xəbər verir ki, bu barədə “Report”un Muğan bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.
Belə ki, rayonun ayrı-ayrı kəndlərində 500 hektar sahədə qarğıdalı əkilib. Ötən il isə bu rəqəm 200 hektar olub. Bu isə 2,5 dəfə sahələrin artması deməkdir.
Qeyd edək ki, bu il rayonda 91 hektar sahədə yazlıq qarğdalı əkilib. Həmin sahələrdən 320 ton məhsul əldə olunub.