Çadın paytaxtı Ndjamena şəhərində silah-sursat anbarında baş verən partlayışlar nəticəsində azı 9 nəfər ölüb, 46 nəfər yaralanıb.
QİA.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Əbdülməcid Əbdürrəhim bildirib.
Nazir mətbuat konfransında qeyd edib ki, çərşənbə axşamı baş verən yanğın və partlayışların səbəbi hələlik məlum deyil.
Yerli mətbuatın məlumatına görə, qurbanlar arasında uşaqlar da daxil olmaqla, mülki şəxslər də var.