Britaniya monarxına məxsus torpaqlar və mülklər toplusu olan “Crown Estate”in gəliri artaraq 1,1 milyard funt sterlinqə çatıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, gəliri artması səbəbindən kral ailəsinin rəsmi vəzifələrini dəstəkləyən suveren qrantı 2025-2026-cı illərdə əlavə 45 milyon funt sterlinq artaraq 132 milyon funt sterlinqə yüksələcək. 2024-2025-ci illər üçün bu qrant 86 milyon funt sterlinq təşkil edib.
Hazırda monarxiya “Crown Estate” gəlirlərinin 12 faizini öz işini və “Bukingem” sarayının 2017-ci ildə başlayan 369 milyon funt sterlinq dəyərindəki təmirini maliyyələşdirmək üçün istifadə edir.