Çavuşoğlu: “ABŞ-a S-400 məsələsinin bizim üçün bitdiyini söylədik”

Mar24,2021

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Brüsseldəki NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

QİA.AZ-ın xəbərinə görə, mətbuat konfransı keçirən Çavuşoğlu görüş zamanı toxunulan məsələlərdən danışıb.

O qeyd edib ki, Blinkenlə konstruktiv olaraq görüşüb: “Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyimizi bildirdim. ABŞ dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”.

Oxşar Xəbərlər