“Artıq regionumuzun taleyinin dəyişməsi, Qafqazda davamlı sülh və sabitliyin təmin olunması mümkündür”.
“QİA.az”ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.
“Əlimizə fürsət düşüb. Ümid edirəm ki, bu fürsəti hər kəs görər, bu həyəcanı bütün tərəflər bölüşər”, – Türkiyə XİN başçısı vurğulayıb.
M. Çavuşoğlu qeyd edib ki, Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistan da daxil olmaqla hamıya açıqdır.
QİA.az