Çavuşoğlu: “Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistan da daxil, hamıya açıqdır”

Mar10,2021 #Çavuşoğlu #region

“Artıq regionumuzun taleyinin dəyişməsi, Qafqazda davamlı sülh və sabitliyin təmin olunması mümkündür”.

“QİA.az”ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.

“Əlimizə fürsət düşüb. Ümid edirəm ki, bu fürsəti hər kəs görər, bu həyəcanı bütün tərəflər bölüşər”, – Türkiyə XİN başçısı vurğulayıb.

M. Çavuşoğlu qeyd edib ki, Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistan da daxil olmaqla hamıya açıqdır.

QİA.az

Oxşar Xəbərlər