Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. QİA.AZ-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.
Bildirilir ki, Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.