Əslən Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək radikal qruplaşmanın fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
QİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın federal prokurorluğu məlumat yayıb.
“Antiterror istintaqı çərçivəsində çeçen əsilli üç nəfər həbs edilib”, – prokurorluq bildirib.
Qeyd edək ki, iyulun 25-də Belçikanın hüquq-mühafizə orqanları iri antiterror əməliyyatı barədə məlumat veriblər və bu əməliyyat zamanı 7 nəfər saxlanılıb, 14 axtarış əməliyyatı aparılıb. Yeddisinin hamısı Belçikadakı çeçen diasporunun üzvüdür, onlardan dördü azad edilib.
Prokurorluq planlaşdırılan terror aktının məqsədi ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib.