Çempionlar Liqası: 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb

Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb.

QİA.az xəbər verir ki, Fransanın Monako şəhərində baş tutan tədbirdən sonra bir-biri ilə üz-üzə gələcək komandaların rəqibləri müəyyənləşib.

Dörd səbətdə yer alan komandaların rəqiblərini təqdim edirik:

I səbətdə yer alan komandaların rəqibləri.

II səbətdə yer alan komandaların rəqibləri.

III səbətdə yer alan komandaların rəqibləri.

IV səbətdə yer alan komandaların rəqibləri.

Yeni mövsümündən etibarən 36 komandalı formatda keçiriləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.

Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.

1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi İspaniyanın “Real” klubu olub.

09:52

Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir.

Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək. Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdü, indi Çempionlar Liqasında 36 komanda İsveçrə sistemi ilə mübarizə aparacaq.

Komandalar yeni qrup mərhələsində səkkiz oyun keçirəcək. 2024/2025 mövsümü üçün UEFA Çempionlar Liqasının finalı 31 may 2025-ci ildə Münhendəki “Allianz Arena”da keçiriləcək.

Oxşar Xəbərlər