Çempionlar Liqası: “Araz-Naxçıvan” Finlandiya klubu ilə heç-heçə edib

Avq22,2021

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.

QİA.AZ”-ın məlumatına görə, son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində və monteneqrolu hakim Drazen Vukçeviç idarə etdiyi qarşılaşma 4:4 hesabı ilə başa çatıb. Azərbaycan təmsilçisinin heyətində qolları Xətai Bağırov, Emanuel Rodrigues, Pereyra Qonçalves Dos Santos, və Amir Şojaei vurublar.

Çempionlar Liqası

İlkin mərhələ

F qrupu

“Kampuksen Dinamo” (Finlandiya) – “Araz-Naxçıvan” – 4:4

Qollar: Makedo Basilio, 12`15; 29`56 İntala, 12`40, Sergey Konsulov, 21`37 – Xətai Bağırov, 6`21, Emanuel Rodrigues, 7`22, Pereyra Qonçalves Dos Santos, 15`49, Amir Şojaei, 33`00

Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Oxşar Xəbərlər