Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün son seçmə mərhələsi çərçivəsində Norveçin “Bodo-Qlimt” komandası Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bodo şəhərindəki “Aspmira” stadionunda baş tutub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Hesabı 52-ci dəqiqədə norveçlilər açıblar. 62-ci dəqiqədə cərimə meydançasının küncündən dəqiq zərbə ilə qapını nişan alan meydan sahibləri üstünlüyünü artırıblar. 75-ci dəqiqədə “Srvena Zvezda” klubu hesabdakı fərqi azaltmağa nail olub – 2:1.
Beləliklə, Norveç klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.