Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Fransanın “Lill” komandası Çexiyanın “Slaviya Praqa” komandasına qalib gəlib – 2:0.
Oxu.Az xəbər verir ki, qolları Conatan Devid və Edon Jeqrova vurublar.
Qarşılaşmanın baş hakimi Şimon Marçinyak ikinci hissədə Çexiya komandasının iki qolunu ləğv edib.
Qeyd edək ki, qarşıdurmanın cavab oyunu avqustun 28-də Praqada baş tutacaq.