Çempionlar Liqası: “Mançester Siti” son finalçıya qarşı

Apr28,2021

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

“QİA.az”ın məlumatına görə, İngiltərənin “Mançester Siti” komandası Fransada ötən mövsümün finalçısı PSJ ilə üz-üzə gələcək. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Vacib oyun öncəsi komandaların heyətində itki yoxdur. Sadəcə, Paris təmsilçisində müdafiəçi Markinyosun meydana çıxıb-çıxmayacağı sual altındadır.

Yarımfinalın digər oyununda İngiltərə təmsilçisi “Çelsi” İspaniyada “Real Madrid”lə heç-heçə edib – 1:1.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə)

Qeyd edək ki, yarımfinal mərhələsində cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Oxşar Xəbərlər