Çempionlar Liqası: Neymar və Benzema həftənin futbolçusu adına namizəd oldu

Dek10,2020
Çempionlar Liqası: Neymar və Benzema həftənin futbolçusu adına namizəd oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

“QİA.AZ”ın məlumatına görə, bu ada Fransa PSJ-sindən Neymar, İspaniya “Real Madrid”indən Kərim Benzema, Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun qapıçısı Anatoli Trubin və İspaniya “Sevilya”sının oyunçusu Yussef En-Nesiri iddia edir.

Neymar Parisdə Türkiyənin “Başakşehir” komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. Benzema evdə Almaniyanın “Borussiya” (Mönxenqladbax) klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyunda hər iki qolun müəllifi olub.

En-Nesiri Fransa “Renn”i 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl edib. Trubin isə İtaliyada “İnter”lə qolsuz bərabərə qaldıqları görüşdə 4 qurtarışla yadda qalıb.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Oxşar Xəbərlər