Çempionlar Liqasında 1/8 finala son vəsiqələrin sahibi müəyyənləşir

Dek9,2020
Çempionlar Liqasında 1/8 finala son vəsiqələrin sahibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

“QİA.AZ”ın məlumatına görə, A, B, C və D qruplarındakı matçlardan sonra 1/8 finala son 4 vəsiqənin sahibi müəyyənləşəcək.

A qrupunda İspaniya “Atletiko”si Avstriyada “Zaltsburq”la qarşılaşacaq. Növbəti mərhələ üçün qonaqlara heç-heçə də kifayət edəcək. Digər oyunda isə Almaniya “Bavariya”sı Rusiyanın “Lokomotiv” (Moskva) komandasını qəbul edəcək.

B qrupunda İtaliya “İnter”i evdə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu, İspaniya “Real Madrid”i isə Almaniyanın “Borussiya” (Mönxenqladbax) kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupda 4 komandadan hər birinin 1/8 finala adlamaq şansı davam edir.

C qrupunda ilk 2 yerin sahibi məlum olduğundan əsas mübarizə Avropa Liqasına vəsiqə uğrunda gedəcək.

D qrupunda isə İngiltərə “Liverpul”undan sonra növbəti mərhələyə yüksələcək digər komandanın adına “Ayaks” (Niderland) – “Atalanta” (İtaliya) görüşü aydınlıq gətirəcək.

H qrupunda isə təxirə salınmış PSJ (Fransa) – “Başakşehir” (Türkiyə) oyunu keçiriləcək. Ötən gün baş tutmalı olan qarşılaşma 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. Görüş bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək. Qeyd edək ki, qarşılaşmanın hakimləri dəyişdirilib.

Bu qrupda Almaniya “Leyptsiq”i ilə PSJ 1/8 finala vəsiqə əldə edib. İngiltərənin “Mançester Yunayted” klubu isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

9 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

00:00. “Bavariya” (Almaniya) – “Lokomotiv” (Moskva, Rusiya)

00:00. “Zaltsburq” (Avstriya) – “Atletiko” (İspaniya)

Xal durumu: “Bavariya” – 13, “Atletiko” – 6, “Zaltsburq” – 4, “Lokomotiv” M – 3.

B qrupu

00:00. “İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

00:00. “Real Madrid” (İspaniya) – “Borussiya” (Mönxenqladbax, Almaniya)

Xal durumu: “Borussiya” M – 8, “Şaxtyor” D – 7, “Real Madrid” – 7, “İnter” – 5.

C qrupu

00:00. “Olimpiakos” (Yunanıstan) – “Portu” (Portuqaliya)

00:00. “Mançester Siti” (İngiltərə) – “Marsel” (Fransa)

Xal durumu: “Mançester Siti” – 13, “Portu” – 10, “Olimpiakos” – 3, “Marsel” – 3.

D qrupu

21:55. “Ayaks” (Niderland) – “Atalanta” (İtaliya)

21:55. “Midtüllan” (Danimarka) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Liverpul” – 12, “Atalanta”- 8, “Ayaks” – 7, “Midtüllan” – 1.

H qrupu

21:55. “PSJ” (Fransa) – “Başakşehir” (Türkiyə)

Xal durumu: “Leyptsiq” – 12, PSJ – 9, “Mançester Yunayted” – 9, “Başakşehir” – 3.

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Çelsi”, “Mançester Siti”, “Liverpul”, İspaniyanın “Sevilya”, “Barselona”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq”, İtaliyanın “Yuventus”, “Latsio”, Portuqaliyanın “Portu” və Fransanın PSJ klubları 1/8 finala vəsiqə qazanıblar.

Oxşar Xəbərlər