Gündəm

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları başlayır

Movavi

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

QİA.AZ“ın məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.

Günün ilk matçları Bakı vaxtı saat 20:00-da başlayacaq. Estoniya “Flora”sı Malta “Hibernians”ını, Macarıstan “Ferentsvaroş”u Kosovo “Priştina”sını, Finlandiya HİK-i isə Monteneqro “Buduçnost”unu qəbul edəcək.

Digər oyunlarda Şimali İrlandiyanın “Linfild” klubu Litva “Jalgiris”inin, Bosniya və Herseqovinanın “Borats” komandası isə Rumıniya ÇFR-inin qonağı olacaq.

Günün son görüşlərində isə “Fola Eş” (Lüksemburq) “Linkoln”la (Cəbəllütariq), “Şkendiya” (Şimali Makedoniya) isə “Mura” (Sloveniya) ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

20:00. “Flora” (Estoniya) – “Hibernians” (Malta)

20:00. “Ferentsvaroş” (Macarıstan) – “Priştina” (Kosovo)

20:00. HİK (Helsinki, Finlandiya) – “Buduçnost” (Monteneqro)

21:00. “Jalgiris” (Litva) – “Linfild” (Şimali İrlandiya)

21:00. ÇFR (Rumıniya) – “Borats” (Bosniya və Herseqovina)

21:30. “Fola Eş” (Lüksemburq) – “Linkoln” (Cəbəllütariq)

22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Mura” (Sloveniya)

Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13 – 14 iyulda olacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button