Çempionlar Liqasının finalı İstanbuldan alınır

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümün final oyununun yeri ilə bağlı yekun qərarını 72 saat ərzində verəcək.

“QİA.az”ın “The Telegraph” nəşrinə istinadən məlumatına görə, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları arasında həlledici matçın Türkiyənin İstanbul şəhərindən alınacağı gözlənilir.

Avropa futbol qurumu Britaniyanın baş naziri Boris Consonun qarşılaşmanın yerinin Londondakı “Uembli” stadionuna dəyişdirilməsi ilə bağlı təklifini nəzərdən keçirir.

UEFA hesab edir ki, qərarın gec qəbul olunması Türkiyə Futbol Federaiyasının və yayım hüququna malik şirkətin narazılığına səbəb ola bilər.

Qeyd edək ki, final matçı mayın 29-da olacaq.

Oxşar Xəbərlər