EFA cari mövsüm Çempionlar Liqasının final oyunu ilə bağlı yekun qərarını açıqlayıb.
“QİA.az” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, həlledici matç koronavirus pandemiyası səbəbindən Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilib.
Final qarşılaşması mayın 29-da Portu şəhərindəki “Draqau” stadionunda olacaq. Hər klubun 6 min azarkeşi oyunu tribunadan izləyə biləcək. UEFA-nın azarkeş sayı ilə bağlı yekun qərarı daha sonra bəlli olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Finalda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gələcək.
Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. UEFA görüşün İngiltərədə təşkilinin də nəzərdə tutulduğunu, lakin karantin tədbirləri üzündən danışıqların nəticəsiz qaldığını bildirib.
Avropa futbol qurumu anlayışa görə Türkiyə tərəfinə təşəkkür edib və İstanbul şəhəri üçün gələcək imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə hökuməti mayın 3-də 16 ölkədən, o cümlədən, Böyük Britaniyadan gələnlər üçün mənfi nəticəli PCR testləri təqdim etmələrinə dair tələbi ləğv edib. Bu qərar mayın 15-dən qüvvəyə minəcək. Bununla yanaşı, Türkiyə koronavirus infeksiyası üzündən “qırmızı zona”ya düşüb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdırlar.