Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün təsnifat mərhələsinin son görüşləri keçiriləcək.
“QİA.az”ın məlumatına görə, “The FTX Crypto Cup”un üçüncü yarış günündə daha 5 tur oynanılacaq.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov argentinalı Alan Piçot, çinli Dinq Liren və rusiyalı Daniil Dubovla qara, niderlandlı Aniş Giri və daha bir rusiyalı Aleksandr Qrişukla ağ fiqurlarla qarşılaşacaq.
Teymur Rəcəbov isə Giri, Qrişuk və Karlsenlə qara, Liren və Dubovla ağ fiqurlarla üz-üzə gələcək.
10 turdan sonra Rəcəbov ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura ilə birgə hərəyə 6,5 xalla ilk 3 yeri bölüşür. Məmmədyarov isə 5 xalla 10-cu pillədə gedir.
XI tur
Alan Piçot (Argentina) – Şəhriyar Məmmədyarov
Aniş Giri (Niderland) – Teymur Rəcəbov
XII tur
Teymur Rəcəbov – Dinq Liren (Çin)
Şəhriyar Məmmədyarov – Aniş Giri (Niderland)
XIII tur
Dinq Liren (Çin) – Şəhriyar Məmmədyarov
Aleksandr Qrişuk (Rusiya) – Teymur Rəcəbov
XIV tur
Teymur Rəcəbov – Daniil Dubov (Rusiya)
Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk (Rusiya)
XV tur
Daniil Dubov (Rusiya) – Şəhriyar Məmmədyarov
Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov
Qeyd edək ki, yarış 23 – 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.