İsveçrə millisinin sabiq üzvü Cerdan Şakirinin yeni klubu “Bazel” olub.
Oxu.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Bazel”ə keçib.
İsveçrə klubunun rəsmi saytı Şakiri ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 2009-2012-ci illərdə “Bazel”in əsas komandasında çıxış edən Şakiri “Bavariya”, “İnter”, “Liverpul” kimi klublarda da oynayıb.