Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha beş il uzadıla bilər

Avq3,2021

Çexiyanın Baş naziri Andrey Babiş parlamentdə təmsil olunan tərəfləri ölkənin Təhlükəsizlik və İnformasiya Xidmətinin (əkskəşfiyyat) direktoru Mixal Koudelkanın səlahiyyət müddətinin beş il uzadılması məsələsinə münasibət bildirməyə dəvət edib.

QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə hökumət başçısı prezident Miloş Zeman ilə görüşdən sonra jurnalistlərə bildirib.

Qeyd edilir ki, əks kəşfiyyat direktorunun səlahiyyətlərinin müddəti avqustun 15-də başa çatır. Baş nazir sorğusunu Çexiya Parlamentinin deputatlar palatasının (aşağı palata) təhlükəsizlik məsələləri üzrə xüsusi komitə üzvlərinə ünvanlayıb.

Oxşar Xəbərlər