Çexiyanın keçmiş prezidenti Vatslav Klaus Praqanın gigiyena şöbəsi tərəfindən 10 min kron məbləğində (790 manat – Red) cərimə edilib.
Bu barədə QİA.AZ RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, sabiq prezident tədbirdə tibbi maskadan istifadə etməyib.
Xatırladaq ki, Vatslav Klaus ötən ilin noyabrın 17-də paytaxt Praqada keçirilən “Məxməri inqilab”ın 31-ci ildönümünə həsr edilən xatirə mərasimində polisin maska taxmaqla bağlı tələbini yerinə yetirməkdən imtina edib və 3 min kron (195 manat – Red) cərimələnib.
Çexiyanın ikinci prezidenti Vatslav Klaus 1941-ci ilin iyunun 19-da Praqada anadan olub. O, 2003-2013-cü illərdə Çexiya prezidenti olub.