Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışdı: “Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”

Okt 31, 2020
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışdı: "Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!"

“Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim”.

QIA.AZ un xəbərinə görə, bunu özünün feysbuk səhifəsində Azərbaycanın XİN başçısı Ceyhun Bayramov yazıb.

“Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”, – nazir əlavə edib.

Oxşar Xəbərlər