Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana yola düşüb.Bu barədə QİA.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.