Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb.
QİA.az xəbər verir ki, səfər çərçivəsində Ceyhun Bayramovun 4-5 may tarixlərində Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.